Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi bəyanat yaydı

Şimali Koreya Rusiyanın onlardan aldığı raketləri Ukraynada istifadə etdiyinə dair iddiaları rədd edib.

2088090
Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi bəyanat yaydı

Şimali Koreya Rusiyanın onlardan aldığı raketləri Ukraynada istifadə etdiyinə dair iddiaları rədd edib.
Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim Sonq Rusiyanın Ukraynaya hücumlarında Şimali Koreyadan aldığı raketlərdən istifadə etdiyinə dair iddiaları “əsassız ittihamlar” adlandırıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsi Kim, BMT Təhlükəsizlik Şurasının (UNSC) Şimali Koreya ilə Rusiya arasında silah transferini pisləyən qərarından sonra yazılı açıqlama verib. 
Amerika Birləşmiş Ştatlarının  silah transferi ilə bağlı verdiyi açıqlamalara işarə edən Kim deyib: "ABŞ iki müstəqil suveren dövlət arasında legitim münasibətləri qeyri-qanuni etməyə çalışır. Şimali Koreya ABŞ-ın hər bir əsassız bəyanatına münasibət bildirmək məcburiyyətində deyil''.
Kim Sonq Rusiyanın Ukraynaya hücumlarında Şimali Koreyadan aldığı raketlərdən istifadə etdiyinə dair iddiaları “əsassız ittihamlar” adlandırıb.
 ''Yonhap''ın yaydığı  məlumatına görə, Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Kim In-ae deyib: "Hər iki ölkə bunu inkar etsə də, Şimali Koreya ilə Rusiya arasında silah transferi var".



Әlaqәli Xәbәrlәr