Ümumdünya Səhiyyə Təşkilatı İsrailə çağırış etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru  Tedros Adhanom Qebreyesus İsrailə Qəzzaya humanitar yardımın çatdırılmasına icazə verməsi və təhlükəsiz keçidin yaradılması ilə bağlı çağırış edib.

2087616
Ümumdünya Səhiyyə Təşkilatı İsrailə çağırış etdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru  Tedros Adhanom Qebreyesus İsrailə Qəzzaya humanitar yardımın çatdırılmasına icazə verməsi və təhlükəsiz keçidin yaradılması ilə bağlı çağırış edib.
Tedros Adhanom Qebreyesus onlayn qaydada keçirilən mətbuat konfransında deyib: "Ümumdünya Səhiyyə Təşkilatı Qəzzanın şimalında həyata keçirməyi planlaşdırdığı 6 missiyanı ləğv etməli oldu, çünki tələblərimiz rədd edildi və keçid zəmanəti verilmədi''.
Dünən üçün planlaşdırılan başqa bir missiyanın ləğv edildiyini bildirən Tedros Adhanom Qebreyesus Qəzza xalqına yardımın çatdırılmasında yeganə maneənin bölgəyə daxil olmaq məsələsinin olduğunu bildirib.
Tedros Adhanom Qebreyesus intensiv bombardmanlar, hərəkət məhdudiyyətləri, yanacaq çatışmazlığı və kəsilən rabitə səbəbindən yardımın çatdırılmasının demək olar ki, imkansız olduğunu vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus İsraili humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb.
Tedros Adhanom Qebreyesus Qəzzada atəşkəsin təmin edilməsi ilə bağlı çağırışını təkrarlayıb, əks halda yardımların çatdırılması üçün humanitar dəhlizin yaradımlasının vacib olacağını vurğulayıb.
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu da buna cavab olaraq  Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' adlı əməliyyata başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq olmaqla 24 minə yaxın fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr