İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 23 mini keçib

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 23 357 nəfərə yüksəlib.

2087273

Yerli mənbələrin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri Xan Yunisin qərbindəki Əl-Muasker bölgəsində Əbu Namus ailəsinin evinə hava hücumu təşkil edib.
Hücum nəticəsində 7 nəfər ölüb, aralarında qadın və uşaqların da olduğu 25 nəfər yaralanıb.
İsrail döyüş təyyarələrinin Rəfah şəhərinin şimalındakı bir ev və məcburi köçkünlərin sığındıqları bir bölgəyə təşkil etdiyi hava hücumu nəticəsində isə 5 nəfər ölüb, çox sayda insan yaralanıb.
İsrail artilleriya birliklərinin Rəfahın şimal-şərqindəki Əs-Səvabit bölgəsini hədəf alması nəticəsində çox sayda insanın yaralandığı bildirilib.

Әlaqәli Xәbәrlәr