BƏƏ Kosovo vətəndaşları üçün vizanı ləğv etdi

Kosovo prezidenti Viyosa Osmani (Vjosa Osmani) sosial media hesabındakı paylaşımında vizaların ləğvi xəbərini çatdırıb və ...

2087567
BƏƏ Kosovo vətəndaşları üçün vizanı ləğv etdi

 

  Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Kosovo vətəndaşları üçün vizanı ləğv etdi. Kosovolılar indi bu ölkəyə yalnız pasportla gedə bilərlər.

   Kosovo prezidenti Viyosa Osmani (Vjosa Osmani) sosial media hesabındakı paylaşımında vizaların ləğvi xəbərini çatdırıb və BƏƏ dövlət başçısı Məhəmməd ibn Zayed əl-Nəhyana təşəkkür edərək bildirib: “İki ölkə arasında vizaların ləğvi ilə bağlı razılıq BƏƏ-li həmkarımla 2023-cü ildə keçirilən görüşdə əldə olunmuşdu. Mən Birləşmiş Ərəb Əmirliklərinin başçısı Məhəmməd ibn Zayedə Kosovo vətəndaşları üçün vizaların ləğvi ilə bağlı təklifimi qəbul etdiyinə görə təşəkkür edirəm. 2023-cü ilin dekabrında görüşümüz zamanı əldə olunan razılaşma imzalandı və ölkələrimizlə vətəndaşlarımız arasında daha çox əməkdaşlıq imkanlarına yol açdı.

  Qeyd edək ki, Kosovo vətəndaşlarına Şengen zonasına vizasız getməyə imkan verən viza liberallaşdırılması təcrübəsi 2024-cü il yanvarın 1-dən qüvvəyə minib.



Әlaqәli Xәbәrlәr