Yaponiyada zəlzələdə ölənlərin sayı 206 nəfərə çatıb

Yaponiyanın mərkəzi hissəsindəki İsikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 206 nəfərə çatıb.

2087032

İsikava əyalətinin Valiliyindən verilən açıqlamada ayın ilk günlərində baş verən çoxsaylı zəlzələlərdə həyatını itirənlərin sayının 206 nəfərə yüksəldiyi bildirilib.

Açıqlamada ştat üzrə 22 mindən çox insanın təxliyyə məntəqəsində qaldığı, 3 min 100 nəfərin isə bağlı yollar səbəbindən qapalı vəziyyətdə qaldığı bildirilib.

Açıqlamada bölgə üzrə baş verən zəlzələlər nəticəsində müxtəlif xəsarətlər alan 567 nəfərin müalicə olunduğu qeyd edilib, xəbər alınmayan 52 nəfərin taleyinin müəyyənləşdirilməsinə çalışıldığı paylaşılıb.

Yaponiyanın müdafiə naziri Kihara Minoru bildirib ki, 6300 Özünümüdafiə Qüvvələri bölgədəki axtarış-xilasetmə işlərində iştirak edib.

Qeyd edək ki, Yaponiya Meteorologiya İdarəsi yanvarın 1, 2, 3 və 4-də İsikavanın Noto yarımadasında və sahillərində 4-7 bal gücündə zəlzələlərin baş verdiyini bildirib.

Әlaqәli Xәbәrlәr