Vasil Bodnar Rusiya-Ukrayna müharibəsini qiymətləndirib

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar bildirib ki, Rusiya ordusu Ukrayna ərazisindən çıxmadığı müddətcə sülh danışıqları aparıla bilməz.

2086773
Vasil Bodnar Rusiya-Ukrayna müharibəsini qiymətləndirib

Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar bildirib ki, Rusiya ordusu Ukrayna ərazisindən çıxmadığı müddətcə sülh danışıqları aparıla bilməz.
Paytaxt Ankarada jurnalistlərlə görüşən Vasil Bodnar 24 fevral 2022-ci ildən bu yana davam edən Rusiya-Ukrayna müharibəsini qiymətləndirib.
Səfir Vasil Bodnar bildirib ki, Rusiya ordusu Ukrayna ərazisindən çıxmadığı müddətcə sülh danışıqları aparıla bilməz.
"İstanbulda aparılan uğurlu danışıqlar Ukraynanın şərqindəki hücumlarla başa çatdı. Bu şərtlər altında Rusiya ilə sülhün təmin edilməsi Ukraynaya xəyanət olardı. Bir milyondan çox ukraynalının silahı var. Hazırda "Rusiya ilə barışırıq” demək, ictimaiyyəti parçalamaq deməkdir”. 
Taxıl dəhlizi məsələsinə  də toxunan Vasil Bodnar deyib:
“Buğdanın qiymətini sabit saxlamaq Türkiye və Ukraynanın uğurudur”. 
Ukraynanın öz təşəbbüsü ilə yaratdığı yeni marşrutla bağlı səfir Vasil Bodnar deyib: "Bu marşrut adi marşrutlardan daha uzundur, lakin o, təkcə taxıl deyil, həm də bütün mülki məhsulları əhatə edir. Sentyabr ayından etibarən təkcə Odessadan 500-dən çox gəmi yola düşüb və 14 milyon ton məhsul daşınıb. Rusiya bu dəhlizin qarşısını almaq üçün əlindən gələni edir''.
Yeni dəhlizin fəaliyyətində Türkiyenin əhəmiyyətinə diqqət çəkən Vasil Bodnar müvafiq şərtlər yerinə yetirildiyi təqdirdə Qara Dəniz Taxıl Dəhlizi Sazişinin yenidən canlandırıla biləcəyini də qeyd edib.
Səfir bu şərtlərə Ukrayna gəmilərinin sərbəst keçidi və qidadan başqa materialların daşınmasının daxil olduğunu bildirib.
Vasil Bodnar həmçinin qeyd edib ki, ABŞ-ın Qəzzaya hücum edən İsrailə dəstəyi Ukraynaya silah tədarükünün həcminə və prosesinə təsir edib.



Әlaqәli Xәbәrlәr