BMT: “Qəzza zolağı yaşanmaz yerə çevrilir”

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sözçüsü Adnan Əbu Hasene BMT-nin "UN News" xəbər saytına müsahibəsində bildirib ...

2086695
BMT: “Qəzza zolağı yaşanmaz yerə çevrilir”

 

  Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sözçüsü Adnan Əbu Hasene BMT-nin "UN News" xəbər saytına müsahibəsində bildirib: “1,9 milyon adam ölkənin müxtəlif bölgələrində didərgin düşüb. Onlardan təxminən 1,4 milyonu UNRWA-ya bağlı 155 məktəb və yaşayış mərkəzlərində qalır.

  Qəzza zolağı bu gün dünyanın ən pis yeridir və yaşayış üçün yararsız hala düşür. Bölgədə yaşayanlar cənubdan Rəfaha doğru sıxışdırılıb və köçkün fələstinlilərlə birlikdə şəhər əhalisi 1,4 milyona yüksəlib. Rəfahdakı UNRWA mərkəzləri bu qədər insanı yerləşdirmək imkanlarına malik deyil və region sıxlıq partlayışı astanasındadır.

  “Həmas”ın hərbi qanadı Qəssam birlikləri 2023-cü il oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Buna cavab olaraq İsrail ordusu döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə 23 mindən çox fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr