ABŞ və Qətər rəsmilərinin görüşündə əsir mübadiləsinə dair səylər müzakirə edilib

ABŞ və Qətər rəsmiləri "Həmas" ilə İsrail arasında yeni əsir mübadiləsinə dair səyləri müzakirə etmək məqsədilə Qətərin paytaxtı Dohada bir araya gəliblər.

2086939
ABŞ və Qətər rəsmilərinin görüşündə əsir mübadiləsinə dair səylər müzakirə edilib

ABŞ və Qətər rəsmiləri "Həmas" ilə İsrail arasında yeni əsir mübadiləsinə dair səyləri müzakirə etmək məqsədilə Qətərin paytaxtı Dohada bir araya gəliblər.

ABŞ-da "Axios" xəbər saytının adı açıqlanmayan 3 mənbəyə əsaslanaraq verdiyi xəbərə görə, ABŞ Prezidenti Co Baydenin Orta Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqurk və Qətər Baş naziri Məhəmməd bin Abdel Rəhman əl Tani Dohada görüşüb.

Görüş zamanı regional gərginliklər və "Həmas" ilə İsrail arasında yeni əsir mübadiləsini asanlaşdırmaq səyləri müzakirə edilib.

Mənbələrin bildirdiyinə görə, Livanın paytaxtı Beyrutda İsrail"Həmas"ın yüksək səviyyəli liderlərindən Saleh əl-Arurini öldürdükdən sonra "Həmas" tərəfindən dayandırılan danışıqlar bu həftənin əvvəlində davam etdirilib.

Lakin rəsmi Vaşinqton və Doha bununla bağlı açıqlama verməyib.

ABŞ dövlət katibi Entoni Blinken Türkiye və Yunanıstandan sonra regional səfəri çərçivəsində İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və İsrailə gedib. Blinken dünən İsrail Prezidenti  İsxaq Hersoq, Baş nazir Netanyahu, xarici işlər naziri İsrael Katz və Hərbi Nazirlər Kabinetinin üzvləri ilə görüşüb.

Blinkenin Qəzzadakı əsirlərlə bağlı İsraildəki kəşfiyyat qurumlarının rəhbərləri ilə də görüşlər keçirdiyi bildirilib.

Dünən Qəzzada saxlanılan bəzi əsirlərin ailələri ilə görüşən Blinken "Qalan əsirlərin evlərinə gətirilməsi əsələsi diqqət mərkəzimizdədir" deyib.

"Həmas"ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də “Əqsa məscidi başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçərkən, çox sayda israilli isə əsir götürülüb. 

Noyabrın 24-də Qətər və Misirin vasitəçiliyi ilə 4 gün, daha sonra isə 3 gün uzadılan Qəzzada qarşıdurmada "humanitar fasilə" zamanı 81 israilli və 240 fələstinli əsir qarşılıqlı şəkildə azad edilib.

"Həmas"ın əlində daha 30-dan çox israillinin olduğu güman edilir.



Әlaqәli Xәbәrlәr