Fransanın yeni Baş naziri Qabriel Attal olub

34 yaşlı Q.Attal Fransa tarixində ən gənc Baş nazirdir.

2086446
Fransanın yeni Baş naziri Qabriel Attal olub

Qabriel Attal Fransanın Baş naziri təyin olunub.

Bu barədə ölkə Prezidenti Emmanuel Makron qərar imzalayıb.

34 yaşlı Q.Attal Fransa tarixində ən gənc Baş nazirdir.

Qeyd edək ki, Q.Attal indiyə qədər təhsil naziri vəzifəsində işləyib.

Attalın dünyəviliyə zidd olduğu səbəbilə dövlət məktəblərində hicab geyiminə qadağa qoyması nazirlik dövründə mübahisələrə səbəb olub.

27 avqust 2023-cü ildə ölkədə qəbul edilən “hicab geyimi”nə qadağa qoyulması qərarı hüquq və azadlıqları pozduğu əsası ilə Dövlət Şurasına təqdim edilib, Dövlət Şurası qadağanın “şəxsi həyata hörmət, ibadət və təhsil hüquqlarını pozmadığına” qərar verib.



Әlaqәli Xәbәrlәr