Filippində güclü zəlzələ qeydə alınıb

Filippinin cənubunda 6,7 ​​bal gücündə zəlzələ baş verib.

2085975
Filippində güclü zəlzələ qeydə alınıb

Filippinin cənubunda 6,7 ​​bal gücündə zəlzələ baş verib.
Amerika Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin cənubdakı Sarangani şəhərindən 100 kilometr aralıda olduğunu bildirib.
İlkin məlumatlara görə, zəlzələnin ocağı 70,3 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Seysmik hərəkətlərin ən çox yaşandığı ölkələrdən biri olan Filippin “Alov halqası” adlandırılan Sakit Okean Seysmik Bölgəsində yerləşir.


Etiketlәr: #zəlzələ , #Filippin

Әlaqәli Xәbәrlәr