Entoni Blinken İsrail ilə ərəb ölkələri arasındakı münasibətləri qiymətləndirib

Entoni Blinken İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərin normallaşması üçün Qəzzadakı münaqişənin sona çatdırılmasının vacibliyini vurğulayıb.

2086046
Entoni Blinken İsrail ilə ərəb ölkələri arasındakı münasibətləri qiymətləndirib

Amerika Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərin normallaşması üçün Qəzzadakı münaqişənin sona çatdırılmasının vacibliyini vurğulayıb.
''ABC News''un yaydığı məlumata görə, Entoni Blinken Orta Şərq ölkələrinə səfəri çərçivəsində İsrailə getməzdən əvvəl hava limanında açıqlamalar verib.
Entoni Blinken Orta Şərqdəki danışıqların ortaq nöqtəsinin Qəzzada sabitliyin təmin edilməsinə kömək etmək olduğunu vurğulayıb.
Entoni Blinken Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərdə İsrail ilə ərəb ölkələri arasındakı münasibətlərin normallaşması  məsələsinin müzakirə edildiyini deyib. O, bu çərçivədə Qəzzadakı münaqişənin sona çatdırılmasının vacibliyini vurğulayıb.
ABŞ dövlət katibi Türkiye və Yunanıstandan sonra regional turu çərçivəsində Səudiyyə Ərəbistanı, İordaniya və Qətərə, daha sonra isə Birləşmiş Ərəb Əmirliklərinə gedib.



Әlaqәli Xәbәrlәr