Yaponiyada zəlzələdə ölənlərin sayı 168 nəfərə çatıb

Yaponiyanın mərkəzi hissəsindəki İsikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 168 nəfərə çatıb.

2085486
Yaponiyada zəlzələdə ölənlərin sayı 168 nəfərə çatıb

Yaponiyanın mərkəzi hissəsindəki İsikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb.

NHK xəbərlərinin verdiyi məlumata görə, İsikava əyalətinin rəsmiləri yanvarın ilk günlərində baş verən zəlzələlərlə bağlı açıqlama verib.

Səlahiyyətlilər zəlzələlərdə həyatını itirənlərin sayının 161-ə yüksəldiyini,323 nəfərin isə itkin düşdüyünü bildirib.

Digər tərəfdən, səlahiyyətlilər zəlzələdən zərər çəkmiş bölgələrdə güclü qar yağması səbəbiylə zədələnmiş binalara qarşı xəbərdarlıq edərkən, Yaponiya Meteorologiya İdarəsi də xalqı nəqliyyat sistemlərində, elektrik naqillərində və ağaclarda qar yığılmasına qarşı diqqətli olmağa çağırıb. 

Qeyd edək ki, Yaponiya Meteorologiya İdarəsi yanvarın 1, 2, 3 və 4-də İsikavanın Noto yarımadasında və sahillərində 4-7 bal gücündə zəlzələlərin baş verdiyini bildirib.



Әlaqәli Xәbәrlәr