ÜST: Qəzza zolağının şimalına 12 gündür yardım çatdırıla bilmir"

İsrail üç aydır Qəzzada "dağıdıcı müharibə"ni davam etdirir.

2085579
ÜST: Qəzza zolağının şimalına 12 gündür yardım çatdırıla bilmir"

İsrail üç aydır Qəzzada "dağıdıcı müharibə"ni davam etdirir.

Mühasirəyə alınan bölgənin şimal hissələrinə yardımın çatdırılmasına icazə verilmir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adhonam Gebreyesusun sözlərinə görə, İsrailin blokadası daha çox insanın ölümünə səbəb olacaq.

ÜST oktyabrın 7-dən bəri davam edən Qəzza müharibəsinin son 12 günündə Qəzza zolağının şimalına çata bilmədiyini açıqlayıb. ÜST bazar ertəsi gecəsi "X" platformasında etdiyi paylaşımda əl-Avda xəstəxanasına planlaşdırılan missiyanın dördüncü dəfə ləğv edildiyini bildirib. İsrailin şiddətli bombardmanı, məhdud hərəkət və kəsilmiş kommunikasiya xüsusilə şimalda bağlanmış sahil zolağına tibbi avadanlıqlar çatdırmağı "deməli qeyri-mümkün" hala gətirib. 

BMT təşkilatı tibb işçilərinin Qəzza zolağının cənubuna köçürülməsi ilə əlaqədar xəstəxanalarda ciddi kadr çatışmazlığı olduğunu da bəyan edib.

Qebreyesus "Daha çox gecikmə bir çox insan üçün daha çox ölüm və əzablara səbəb olacaq" deyib.



Әlaqәli Xәbәrlәr