İsrail jurnalistlərin izində
“Əl-Cəzirə” İsraili mətbuat azadlığı prinsiplərini pozmaqda ittiham edir ...

İsrailin Qəzza zolağında 2023-cü il oktyabrın 7-dən bəri davam edən hücumları indiyədək onlarla jurnalistin həyatına son qoyub. Bu yaxınlarda bölgədə daha iki fələstinli jurnalist öldürülüb. “Əl-Cəzirə” İsraili mətbuat azadlığı prinsiplərini pozmaqda ittiham edib.
“Əl-Cəzirə” televiziyasının məlumatına görə, Qəzza zolağında İsrailin hücumu nəticəsində iki fələstinli jurnalist həlak olub: AFP xəbər agentliyində işləyən videojurnalist Mustafa Turiya və “Əl-Cəzirə”nin müxbiri Həmzə Vael Dahduh bazar günü avtomobilləri hədəfə alınan hücumda öldürülüblər.
Təxminən 30 yaşı olan M.Turiya 2019-cu ildən AFP-də videojurnalist olaraq çalışır, Qəzza zolağından AP, “Reuters” xəbər agentlikləri və “Əl-Cəzirə” ilə CNN televiziya kanalları üçün reportaj verirdi. Onunla birlikdə öldürülən H.V.Dahduh Qəzza zolağında “Əl-Cəzirə” ofisini idarə edən və müharibə başlayandan qısa müddət sonra İsrailin hücumu nəticəsində həyat yoldaşını və digər iki uşağını itirən Vael əl-Dahduhun oğlu idi.
Turiya və Dahduh İsrailin Rəfahdakı hücumundan sonra bir evə dəymiş ziyanı sənədləşdirmək üçün bazar günü Qəzza zolağına getmişdilər. Onlar geri dönərkən avtomobillərinə hücum edildi. Şahidlərin AFP-yə verdiyi məlumata görə, avtomobil iki İsrail raketi ilə vurulub. İkinci raket birbaşa sərnişin oturacağında əyləşən Dahduhun üstünə düşüb. Avtomobildə olan üçüncü jurnalist Hasem Rəcəb isə ağır yaralanıb.
Әlaqәli Xәbәrlәr

Boris Pistorius: “Rusiya-Ukrayna sülh danışıqlarına Avropa da daxil olmalıdır”
Boris Pistorius sabit, davamlı və ədalətli sülhün qurulmasının ən önəmli faktor olduğunu vurğulayıb