“Qəzzanın gələcəyini İsrail deyil, Fələstin xalqı təyin edəcək”

“X” sosial media platforması hesabından verdiyi açıqlamada H.Şeyx bildirib ...

2085336
“Qəzzanın gələcəyini İsrail deyil, Fələstin xalqı təyin edəcək”

 

  Fələstin Azadlıq Təşkilatı (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx Qəzza zolağının gələcəyini İsrail deyil, Fələstin xalqının təyin edəcəyini bəyan edib.

  “X” sosial media platforması hesabından verdiyi açıqlamada H.Şeyx bildirib: “İsrail siyasətçiləri və idarəçilərinin Qəzza ilə bağlı irəli sürdüyü bütün ssenarilər uğursuzluğa məhkumdur. 

  Qəzza zolağının gələcəyini İsrail deyil, Fələstin xalqı təyin edəcək.

  Bizim seçimimiz, proqramımız və strategiyamız işğala son qoyulması və hərtərəfli həldir”.

  Qeyd edək ki, Qəzzaya hücumların başladığı 2023-cü ilin 7 oktyabrından bəri İsrail rəsmiləri "Həmas”dan sonra Qəzzanın idarə olunması"nı müzakirə edir və Fələstin hökuməti bu məsələdə iradənin Fələstində olduğunu bildirir.



Әlaqәli Xәbәrlәr