Fransada Fələstinə dəstək nümayişi keçirildi

Parisin Bastiliya meydanına toplaşan nümayişçilər Millət Meydanına doğru yürüş ediblər.

2085165
Fransada Fələstinə dəstək nümayişi keçirildi

Fransanın paytaxtı Parisdə Fələstinə dəstək aksiyası keçirilib.
Parisin Bastiliya meydanına toplaşan nümayişçilər Millət Meydanına doğru yürüş ediblər.
Qəzzada yaşananlara reaksiya verən nümayişçilər Qəzzada atəşkəs və ''soyqırım''ın dayandırılmasını tələb ediblər.
"Fələstin xalqına qarşı soyqırımı dayandırın" və "Qəzzə sizinləyik" yazılı plakatlar qaldıran nümayişçilər "Bu, müharibə deyil, soyqırımdır", "Yaşasın Fələstin" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, aksiyaya uşaqlar da qatılıb.
Aksiya zamanı nümayişçilər son 3 ayda Qəzzada İsrailin hücumları nəticəsində yaralanan mülki şəxslərin görüntülərini izləyiblər.



Әlaqәli Xәbәrlәr