Fələstinə dəstək nümayişləri davam edir

İsrailin mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlara reaksiyalar davam edir.

2084671
Fələstinə dəstək nümayişləri davam edir
berlin filistin destek.jpg
kanada filistin destek.jpg

İsrailin mühasirə altındakı Qəzza zolağına təşkil etdiyi hücumlara reaksiyalar davam edir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kaliforniya Ştat Assambleyasının binasında Fələstinə dəstək nümayişi keçirilib.
Burada toplaşan nümayişçilər “Qəzzadakı qətliam dayandırılsın” kimi şüarlar səsləndiriblər.
Nümayişçilər Fələstini dəstəklədiklərini ifadə edərək ''Həmas''la İsrail arasında atəşkəsin əldə edilməsi ilə əlaqədar çağırış ediblər.
ABŞ prezidenti Co Bayden tərəfindən Təhsil Nazirliyinin Planlaşdırma Qiymətləndirmə və Siyasət İnkişafı İdarəsinə təyin edilən Tarik Habaş da rəhbərliyin Qəzza ilə bağlı siyasətini tənqid edərək vəzifəsindən istefa verib.
Böyük Britaniyada yaşayan Fələstin əsilli professor Əbdülfəttah əl-Avaisi də Böyük Britaniyanın İsraili dəstəkləyərək Qəzzadakı hərbi cinayətlərə qarışdığını bildirib.
Əl-Avaisi İsrailin hücumları nəticəsində Qəzzadakı ailəsinin 25 üzvünü itirdiyini qeyd edib.
Fransanın OGC Nice komandasının oyunçusu əlcəzairli futbolçu Yusuf Atal da Qəzzadakı qətliamla bağlı paylaşım edib.
Yusuf Atal etdiyi paylaşıma görə Fransa məhkəməsi tərəfindən 8 ay şərti həbs və 45 min avro pul cəzasına məhkum edilib.
Almaniyanın paytaxtı Berlin, Kanadanın Toronto və Hollandiyanın Utrext şəhərlərində toplaşan nümayişçilər İsrailin Qəzzaya hücumlarına etiraz edərək Fələstinə dəstək və həmrəylik mesajları veriblər.



Әlaqәli Xәbәrlәr