Yaponiyada zəlzələ nəticəsində həlak olanların sayı 78-ə yüksəlib

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 78-ə yüksəlib.

2084105
Yaponiyada zəlzələ nəticəsində həlak olanların sayı 78-ə yüksəlib

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 78-ə yüksəlib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-də və 2-də İsikavanın Noto yarımadasında və sahillərində 5-7 bal gücü arasında dəyişən zəlzələlər baş verib.

Bu gün yarımada regionunda yerli vaxtla saat 00.36-da 4,8 və yerli vaxtla 04.38-də 4,9 bal gücündə daha iki zəlzələ qeydə alınıb.

Zəlzələlərin davam etdiyi bildirilib.

İsikava əyalət qubernatorluğu bölgədə baş verən zəlzələlərdə 78 nəfərin həyatını itirdiyini, 300-dən çox yaralının isə bölgə daxilində müalicə olunduğunu açıqlayıb.

Ştat üzrə 165 məktəb və obyektdə qismən ziyan aşkar edilərkən, 30 mindən çox insanın məktəb və idman zalları kimi evakuasiya məntəqələrində qaldığı açıqlanıb.

Noto yarımadasında davam edən yağışın sürüşmələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib.

Bildirilib ki, rayon üzrə 50-dən çox insanın taleyi məlum deyil.

Bölgəyə ezam olunmuş Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) 2 min nəfərlik şəxsi heyətinin axtarış-xilasetmə işlərində iştirak etdiyi, lazımi materialların tədarükü üçün SDF helikopterlərindən istifadə edildiyi vurğulanıb.

Qeyd edilib ki, SDF-nin nəqliyyat gəmisi daşıdığı ağır texnikanı Vacima şəhər limanında dağıntıları təmizləmə fəaliyyətləri üçün bölgəyə buraxacaq.



Әlaqәli Xәbәrlәr