İsrailin hücumları nəticəsində 100-dən çox fələstinli də həlak oldu

İsrailin son 24 saatda mühasirə altındakı Qəzzaya hücumları nəticəsində daha 100-dən çox fələstinli həyatını itirib.

2084206
İsrailin hücumları nəticəsində 100-dən çox fələstinli də həlak oldu

İsrailin son 24 saatda mühasirə altındakı Qəzzaya hücumları nəticəsində daha 100-dən çox fələstinli həyatını itirib.
İsrail qüvvələrinin Cibaliye qaçqın düşərgəsinə təşkil etdiyi hücumda çox sayda fələstinli həyatını itirib.
İsrail döyüş təyyarələri və tankları Qəzzanın mərkəzindəki Əl-Bureyc qaçqın düşərgəsini də vurub.
İsrail Rəfah şəhərinə hücumlarını davam etdirir.
Qəzzada heç bir beynəlxalq hüququ tanımayan və insanlığa qarşı cinayətlər törədən İsrail ordusu Xan Yunus şəhərindəki Emel xəstəxanasının ətrafını bombalayıb.
Xan Yunus şəhərində İsrail əsgərləri ilə ''Həmas''ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları arasında şiddətli toqquşmalar gedir.
İsrail ordusunun təxminən 3 aydır davam edən hücumlarında Qəzza zolağına 65 min ton partlayıcı atdığı açıqlanıb.
Qəzza hökuməti İsrailin beynəlxalq səviyyədə qadağan olunmuş 9 növ bomba və raketdən istifadə etdiyini sənədləşdirdiyini açıqlayıb.
Qəzzada humanitar vəziyyət də hər ötən gün pisləşir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Qəzzada humanitar fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edib. UNİCEF-in verdiyi açıqlamada Qəzzada bir çox uşağın kəskin qida çatışmazlığı ilə üzləşdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr