İsrail ilə Livan arasındakı hücumlar

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrini ağır artilleriya atəşi ilə vurarkən, Hizbullah da İsrailin 4 hərbi nöqtəsinə hücum edib.

2084363
İsrail ilə Livan arasındakı hücumlar

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrini ağır artilleriya atəşi ilə vurarkən, Hizbullah da İsrailin 4 hərbi nöqtəsinə hücum edib.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri Tel-Həmamis ətrafını, Mercayun rayonu düzənliyini və Kefr Kella qəsəbəsi ətrafını ağır artilleriya atəşi ilə hədəfə alıb.

İsrail döyüş təyyarələrinin gecə yarısı Nakura qəsəbəsində 3 mərtəbəli binaya hava hücumu təşkil etdiyi və binanın tamamilə dağıdıldığı qeyd edilib.

Binada daha əvvəl öldürüldüyü elan edilən 4 nəfərin olduğu, 9 mülki vətəndaşın isə yaralandığı bildirilib.

İsrail qüvvələri Xiyam rayonunun ətrafını isə tərkibində fosfor olan top mərmiləri ilə vurub.

NNA başqa bir xəbərdə də İsrailin Livanın Kefr Kella və Odeysa şəhərləri arasındakı bəzi ərazilərə və yollara fosfor bombası atdığını bildirib.

Hizbullaha yaxınlığı ilə tanınan “Al Akhbar” qəzetinin sosial media hesabında yayımlanan videoda Xiyam qəsəbə mərkəzinə fosfor bombasının düşərək yandığı və ətrafa tüstü yayıldığı görülüb.

Hizbullah da İsrailə qarşı hücumları ilə bağlı açıqlama verib.

Açıqlamada Livanın cənubundan İsrailin Ştula, Karda, əl-Manara və Metuladakı hərbi məntəqələrinə “uyğun silahlarla” hücumun təşkil edildiyi bildirilib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabrdan bu yana gedən qarşıdurmalarda 147 Hizbullah üzvü, 28 Livan vətəndaşı, 5 İsrail vətəndaşı və 9 İsrail əsgəri həyatını itirib.



Әlaqәli Xәbәrlәr