Həsən Nəsrullah Saleh əl-Arurinin öldürülməsinə münasibət bildirib

Livan Hizbullahının baş katibi Nəsrullah "Həmas"ın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Arurinin öldürülməsinə “səssiz qalmayacaqlarını” bildirib.

2084042
Həsən Nəsrullah Saleh əl-Arurinin öldürülməsinə münasibət bildirib

Livan Hizbullahının baş katibi Nəsrullah "Həmas"ın siyasi bürosu rəhbərinin müavini Saleh əl-Arurinin öldürülməsinə “səssiz qalmayacaqlarını” bildirib.

Həsən Nəsrullah İran İnqilab Keçişikçiləri Qvardiyası Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə əlaqədar paytaxt Beyrutda keçirilən anım mərasimində videokonfrans vasitəsilə iştirak edib.

Nəsrullah televiziyada yayımlanan müraciətində bir gün əvvəl Hizbullahın qalası sayılan Dahiyədə İsrailin hücumu nəticəsində Saleh əl-Arurinin öldürülməsindən danışıb.

Arurinin öldürülməsinin "ciddi və təhlükəli cinayət" olduğunu qeyd edən Nəsrullah "bu barədə səssiz qalmayacaqlarını" bildirib.

İsrailə işarə edərək “Bizimlə müharibənin çox baha başa gələcəyini deyirlər” deyən Nəsrullah Livana qarşı müharibəyə hər kəsin peşman olacağını və Hizbullahın sona qədər mübarizə aparacağını vurğulayıb.

Hizbullahın baş katibi bəyan edib ki, düşmən hücum edərsə, nizamsız və məhdudiyyətsiz müharibə aparacaqlar.

Nəsrullah müraciətini iki yerə böldüyünü, ikinci hissəsinin cümə günü yayılacağını ifadə edərkən “Allah məni yaşatsa” sözlərini əlavə edib.



Әlaqәli Xәbәrlәr