Yaponiyada zəlzələ nəticəsində həlak olanların sayı artır

Yaponiyanın qərbindəki İsikava prefekturasında və bu bölgədəki Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 73-ə yüksəlib.

2083476

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yanvarın 1-də və 2-də İsikavanın Noto yarımadasında və sahillərində 5-7 bal gücü arasında dəyişən zəlzələlər baş verib.

Bildirilib ki, zəlzələlərdən sonra magistral yollar dağılıb, rayon boyu bəzi tikililər sıradan çıxıb, su və elektrik enerjisinin verilişində fasilələr yaranıb, bəzi kəndlərə nəqliyyatın aparılması mümkün olmayıb.

İsikava əyalətinin qubernatorluğu bölgədəki zəlzələlərdə 64 nəfərin həyatını itirdiyini açıqlayıb. Qeyd olunub ki, bölgədəki yerli bələdiyyələrə davam edən zəlzələlərdən sonra dağıntılar altında xilas olunmağı gözləyən vətəndaşların olması barədə məlumat daxil olub.

Yaponiyanın Baş naziri Kişida Fumio əyalət qubernatorluğunun tələbi ilə bölgəyə göndərilən Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDQ) personalının sayının 2 min nəfərə çatdırıldığını açıqlayıb. "Bölgələrə yardımın çatdırılması davamlı şəkildə davam edir", -deya Kişida qeyd edib.

Әlaqәli Xәbәrlәr