T.A.Qebreyesus Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahına edilən hücumu pislədi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru  Tedros Adhanom Qebreyesus Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahına edilən hücumları pisləyib.

2083647

Tedros Adhanom Qebreyesus rəsmi  ''X'' internet səhifəsində İsrailin Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahını hədəf alması ilə əlaqədar paylaşım edib.
Tedros Adhanom Qebreyesus Qəzzanın cənubundakı Xan Yunisdəki Qızil Aypara Cəmiyyətinin qərargahına və Fələstin Qızıl Aypara Cəmiyyətinə aid Əl-Emel xəstəxanasına edilən hücumları pisləyib.
"Edilən bombardman vicdansızlıqdır. Qəzzanın səhiyyə sistemi artıq çöküb. Münaqişələr səbəbindən səhiyyə və humanitar yardım işçilərinin işlərini yerinə yetirməsi davamlı olaraq əngəllənir".
T.A.Qebreyesus həmçinin Qəzzada dinc əhaliyə ərzaq, tibbi ləvazimat və su kimi əsas ehtiyacların çatdırılması üçün "dərhal atəşkəs"lə əlaqədar beynəlxalq çağırışlara qoşulduğunu da qeyd edib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail ordusunun Qəzzanın cənubundakı qərargahlarının 8-ci mərtəbəsini hədəf aldığı bildirilib.
Hücumda 5 fələstinlinin öldüyü, 3 fələstinlinin isə yaralandığı vurğulanıb.

Әlaqәli Xәbәrlәr