"Həmas"ın Siyasi büro sədrinin müavini Saleh əl-Aruri öldürülüb

"Həmas"ın Siyasi büro sədrinin müavini Saleh əl-Aruri Livanın paytaxtı Beyrutda İsrailin hücumu nəticəsində öldürülüb.

2083493
"Həmas"ın Siyasi büro sədrinin müavini Saleh əl-Aruri öldürülüb

"Həmas"ın Siyasi büro sədrinin müavini Saleh əl-Aruri Livanın paytaxtı Beyrutda İsrailin hücumu nəticəsində öldürülüb.

İsrail ordusunun radiosunda adı açıqlanmayan “xarici mənbələrə” əsaslanan xəbərə görə, "Həmas"ın Siyasi büro sədrinin müavini Saleh əl-Aruri Beyrutdakı hücumda həlak olub.

Livanın rəsmi xəbər agentliyi NNA-da "Həmas"ın ofisi və binanın qarşısında park edilmiş avtomobillərin 2 raketlə hədəf alındığını, aralarında Arurinin də olduğu 6 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını açıqlayıb.

Agentliyin məlumatına görə, hücumdan sonra İsrail hərbi təyyarələri paytaxt Beyrut və cənubdakı Sur şəhəri səmalarında uçuşlar həyata keçirib.

Saleh əl-Arurinin öldürülməsindən sonra Livandakı Hizbullah İsrailə qarşı silsilə hücumlar həyata keçirdiyini açıqlayıb.

Hizbullahın verdiyi açıqlamada İsrailin Livanın cənubundan Cəl əl-Alem hərbi məntəqəsinin raketlərlə, Mərc və Mitat hərbi məntəqələrinin isə müvafiq silahlarla hədəf alındığı bildirilib.

Digər tərəfdən, Sahil əl-Arurinin qətlindən sonra işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsün bir çox bölgəsində ümumi tətil keçirilib.

Fələstin müqavimət qruplarının çağırışı ilə başladılan tətil çərçivəsində bütün iş yerləri və qurumlar bağlanıb, şəhər nəqliyyatı dayandırılıb. Küçələri boş olan şəhərlərdə heç bir ticarət fəaliyyəti yoxdur.

Fələstinli qrupların tətil çağırışına qoşulacaqlarını açıqlayan banklar bu gün qapılarını açmayıb.

Saleh əl-Aruri kimdir?

"Həmas"ın Siyasi büro sədrinin müavini Saleh əl-Aruri 1966-cı il avqustun 19-da Ramallahda anadan olub.

İzzəddin əl-Qəssam Briqadalarının yaradılmasında əməyi olan əl-Aruri 15 il İsrail həbsxanalarında qaldıqdan sonra deportasiya edilib və Livanda yaşamağa başlayıb.



Әlaqәli Xәbәrlәr