Entoni Blinken və Antonio Tijani arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinken və İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani arasında telefon danışığı olub.

2083600

ABŞ Dövlət Departamentindən verilən  açıqlamaya görə, Blinken və Tajani Qəzzadakı humanitar böhrana və ''Həmas'' ilə İsrail arasındakı münaqişəyə son qoyulmasının vacibliyini vurğulayıblar.
Nazirlər söhbət zamanı Ukraynaya güclü dəstəklərini təkrarlayıblar.
Tərəflər həmçinin Yəməndə İranın dəstəklədiyi husilərin  Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının qlobal mənada yaratdığı təhlükələri də müzakirə ediblər. 
Entoni Blinken və Antonio Tajani Haitidəki təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsi məsələsini müzakirə ediblər və Haiti üçün Çoxmillətli Təhlükəsizlik Missiyasının əhəmiyyətini vurğulayıblar.

Әlaqәli Xәbәrlәr