“Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb

Tokionun “Haneda” beynəlxalq hava limanında “Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb.

2083190
“Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb

Tokionun “Haneda” beynəlxalq hava limanında “Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb.

Ölkənin Hokkaydo adasından Tokioya gələn “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 16:00 radələrində uçuş zolağına endikdən sonra Yaponiyanın sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşub.

Baş verən yanğın zamanı 5 nəfərin həyatını itirdiyi bildirilib. 

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Təyyarədə olan 300-dən çox sərnişin və heyət üzvləri təxliyə edilib.

Hazırda yağınsöndürənlər alovu nəzarət altına almağa çalışır.



Әlaqәli Xәbәrlәr