Dünya əhalisinin sayı 8 milyarda çatdı

Alman Dünya Əhali Fondunun (DSW) paylaşdığı açıqlamada 2023-cü ildə dünya əhalisinin təxminən 66 milyon nəfər artdığı bildirilib.

2082862
Dünya əhalisinin sayı 8 milyarda çatdı

Alman Dünya Əhali Fondunun (DSW) paylaşdığı açıqlamada 2023-cü ildə dünya əhalisinin təxminən 66 milyon nəfər artdığı bildirilib.

"DeutscheWelle Türkçe"nin xəbərinə görə, 2024-cü ilin əvvəlinə dünyada 8 milyard 73 milyon 859 min 407 nəfərin yaşadığı bildirilib.

Dünya əhalisinin artım sürətindəki yavaşlamanın qadınların orta hesabla daha az uşaq dünyaya gətirməsi ilə bağlı olduğuna diqqət çəkən DSW-nin məlumatına görə, Afrikada tendensiya fərqli istiqamətdə inkişaf edir.

DSW-nin hesablamalarına görə, Afrika əhalisinin 2080-ci ilə qədər iki dəfə artaraq 2,5 milyarda çatacağı gözlənilir.

Afrikada əhalinin artımının qeyri-kafi cinsi təhsil, doğuma nəzarət üsullarına çıxışın çətinliyi və gender bərabərliyinin olmaması kimi səbəblərdən qaynaqlandığı bildirilir.

Mütəxəssislərin fikrincə, bu neqativlər çox vaxt qadınların erkən yaşlarından çoxlu uşaq sahibi olmasına səbəb olur.



Әlaqәli Xәbәrlәr