Danimarka kraliçası taxtdan imtina edəcəyini açıqladı

83 yaşlı II Marqret 1972-ci ildən Danimarkanın kraliçasıdır

2082695
Danimarka kraliçası taxtdan imtina edəcəyini açıqladı

 

  Danimarka kraliçası II Marqret (Margrethe) yanvarın 14-də taxtdan imtina edəcəyini açıqladı.

  Kraliça Marqret Yeni İl çıxışında oğlu Şahzadə Frederikə yol açmaq üçün taxtdan imtina etməyi planlaşdırdığını söyləyib.

  Danimarka kraliçası taxt-taca çıxmasının 52-ci ildönümündə - yanvarın 14-də oğlunun onun yerinə keçəcəyini bəyan edib.

  Ölkənin baş naziri Mette Frederiksen "Əlahəzrət kraliçaya krallığa ömür boyu sədaqətinə və yorulmaz səylərinə görə" təşəkkürünü bildirib.

  Baş nazirlikdən verilən açıqlamada yazılır: "Yeni ildə vəliəhd şahzadə Frederik kral elan ediləcək. Vəliəhd şahzadə Meri (Mary) kraliça olacaq. Yeni bir kral və yeni bir kral cütlüyü. Səbirsizliklə gözləyirik.”

  Qeyd edək ki, 83 yaşlı II Marqret 1972-ci ildən Danimarkanın kraliçasıdır.  



Әlaqәli Xәbәrlәr