Ukrayna ilk dəfə Milad bayramını dekabrın 25-də qeyd etdi

Milad bayramını ilk dəfə dekabrın 25-də qeyd edən Ukraynada bu il kilsələrdə dini ayinlər icra edilib.

2080669
Ukrayna ilk dəfə  Milad bayramını dekabrın 25-də qeyd etdi

Milad bayramını ilk dəfə dekabrın 25-də qeyd edən Ukraynada bu il kilsələrdə dini ayinlər icra edilib.
Ukrayna prezidenti Volodimir  Zelenskinin iyul ayında imzaladığı sərəncama əsasən, indiyədək yanvarın 7-də qeyd edilən Milad bayramı ölkədə ilk dəfə dekabrın 25-də qeyd olunub.
Paytaxt Kiyevdəki kilsələrdə keçirilən Milad mərasimləri milli televiziya kanallarında canlı yayımlanıb.
Ukrayna prezidenti Volodimir Zelenski rəsmi internet səhifəsində xalqı Milad bayramı münasibətilə təbrik edib.
Bütün ukraynalıların bu gün bir yerdə olduğunu ifadə edən Volodimir Zelenski deyib:"Biz hamımız Milad bayramını birlikdə qeyd edirik. Biz onu böyük bir ailə və bir millət olaraq qeyd edirik. Bu gün bizim ümumi duamız həmişəkindən daha güclü olacaq''
Volodimir Zelenski Milad və bəzi bayramların tarixlərinin dəyişdirilməsi ilə bağlı qanunu iyulda imzalayıb.
Qanuna əsasən, əvvəllər yanvarın 7-də keçirilən Milad şənlikləri artıq dekabrın 25-də keçiriləcək.



Әlaqәli Xәbәrlәr