İsrail qüvvələri tərəfindən saxlanılan fələstinlilərin sayı 4730-a çatıb

Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən saxlanılan fələstinlilərin sayı 4730-a çatıb.

2080599

Mövzu ilə bağlı Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına tabe olan Fələstin Əsirlər Komitəsi tərəfindən birgə yazılı açıqlama verilib.
Açıqlamada İsrail qüvvələrinin bu gün səhər saatlarında Tulkerim, Nablus, Ramallah, Bethlehem, El Halil və Şərqi Qüdsdə həyata keçirdiyi basqınlarda daha 35 nəfəri saxladığı bildirilib.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə saxlanılan  fələstinlilərin sayının 4730-a yüksəldiyi qeyd edilən açıqlamada İsrail qüvvələrinin həmin şəxsləri və yaxınlarını döydüyü bildirilib.
Açıqlamada təhdidlərə məruz qalan insanların evlərinin də dağıdıldığı vurğulanıb.
İsrail həbsxanalarındakı fələstinli məhbusların sayının 7 min 800-ə yüksəldiyi qeyd olunub.

Әlaqәli Xәbәrlәr