İsrail ordusu Qəzzada 5 israilli əsirin cəsədinin tapıldığını açıqladı

İsrail ordusu Qəzza zolağında 5 israilli əsirin cəsədinin tapıldığını açıqlayıb. İsrail Ordusunun sözçüsü Daniel Haqari Tel-Əvivdə Müdafiə Nazirliyində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı məlumat verib.

2080228
İsrail ordusu Qəzzada 5 israilli əsirin cəsədinin tapıldığını açıqladı

İsrail ordusu Qəzza zolağında 5 israilli əsirin cəsədinin tapıldığını açıqlayıb.
İsrail ordusunun sözçüsü Daniel Haqari Tel-Əvivdə Müdafiə Nazirliyində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı məlumat verib.
Haqari İsrail əsgərlərinin Qəzza zolağının şimalındakı Cibaliye bölgəsindəki tuneldə 5 israilli əsirin cəsədini aşkarladığını və cəsədləri oradan çıxardığını bildirib.
Ordunun Qəzzanın cənubundakı Xan Yunus şəhərini nəzarətə götürmək üçün quru əməliyyatlarını genişləndirməyi planlaşdırdığını qeyd edən Haqari Qəzzadakı quru əməliyyatının mürəkkəb əməliyyat olduğu üçün bunun vaxt alacağını qeyd edib.
Haqari deyib:"Həması can itkisi olmadan məhv etmək mümkün deyil".
''Həmas''ın  hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde dünən İsrailin bombardmanı nəticəsində 5 əsirdən məsul olan qrupla əlaqənin kəsildiyini və bu insanlar arasında dekabrın 18-də İsrail hökumətinə “bizi buradan xilas edin” çağırışı edən 3 yaşlı əsirin də olduğunu söylədi.
Əbu Ubeyde əsirlərin bombardman nəticəsində öldüyünü təxmin etdiklərini bildirib.
Xatırladaq ki,  ''Həmas'' dekabrın 18-də rəsmi teleqram kanalında 79, 80 və 84 yaşlı üç israilli əsirin Netanyahu hökumətinə hava hücumlarını dayandırması ilə əlaqədar etdiyi çağırışın videosunu paylaşıb.



Әlaqәli Xәbәrlәr