Oleksiy Danilov: ''Ukrayna və NATO birgə silah istehsalına başlayıb''

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksiy Danilov NATO ilə birgə silah istehsalına başladıqlarını və qısa müddətdə bunu artırmağı planlaşdırdıqlarını açıqlayıb.

2079709

Oleksiy Danilov bu barədə jurnalistlərə verdiyi açıqlamada bildirib.
"Hazırda müştərək istehsal başlayıb və davam edir. Bizim üçün hazırda vacib olan odur ki, qısa müddətdə mövcud istehsal həcmi artsın. Biz bunu istəyirik. Əslində bu, tamamilə texniki məsələdir və üzərində iş gedir". 
Oleksiy Danilov Ukraynada istehsal olunan silahların NATO standartlarına uyğun olduğunu vurğulayıb.
O. Danilov 2022-ci il fevralın 24-dən bağlanan hava limanlarının açılması məsələsinə də toxunaraq deyib:
"Mülki aviasiya üçün bəzi şərtlər yerinə yetirilməlidir, o cümlədən hava limanlarının təhlükəsizliyi və təyyarələrin sığortası. Əks halda hava limanları açıla bilməz. 2024-cü ildə məsələni  həll etmək mövzusunda qətiyyətliyik''.

Әlaqәli Xәbәrlәr