Entoni Blinken bir sıra ölkənin XİN rəhbəri ilə telefon əlaqəsi saxlayıb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Fransa, Almaniya və Britaniya xarici işlər nazirləri Qəzzadakı vəziyyəti müzakirə ediblər.

2079153

ABŞ Dövlət Departamentindən verilən yazılı açıqlamaya görə, Entoni Blinken Fransa xarici işlər naziri Ketrin Kolonna, Almaniya xarici işlər naziri Annalena Berbok və İngiltərə xarici işlər naziri David Cameron ilə telefon əlaqəsi saxlayıb.
Entoni Blinken telefon danışıqlarında Qəzzaya humanitar yardımın ən qısa zamanda çatdırılmasının, mülki itkilərin minimuma endirilməsinin və bölgədə gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyinə diqqət çəkib.
ABŞ-ın müstəqil Fələstin dövlətinin qurulmasınına müsbət yanaşdığını  vurğulayan Entoni Blinken husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını pisləyib və dəniz təhlükəsizliyi mövzusunda əməkdaşlığa çağırıb.
Görüş zamanı nazirlər Ukraynaya yardım məsələsini də müzakirə ediblər.

Әlaqәli Xәbәrlәr