Çində zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çinin Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 131-ə yüksəlib.

2079142
Çində zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çinin Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 131-ə yüksəlib.

Yerli hökumətlərin verdiyi açıqlamaya görə, Qansu əyalətində 113 nəfər, qonşu Qinghai əyalətində isə 18 nəfər ölüb.

Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) bildirib ki, 6,2 bal gücündə zəlzələ dekabrın 18-də gecə yarısına bir dəqiqə qalmış, episentri Cishishan Bao'an Donxiang və Salar Muxtar Dairəsində baş verib.

Zəlzələ nəticəsində iki əyalətin sərhədinə yaxın bölgədə çoxlu sayda ev dağılıb, su və elektrik şəbəkələri, nəqliyyat infrastrukturu və rabitə şəbəkələri zədələnib.

Zəlzələ nəticəsində 1000-dən çox insan xəsarət alıb, zərər çəkmiş yaşayış məntəqələrində 87 min insan təhlükəsiz ərazilərə yerləşdirilib.

Mövsümi soyuq dalğanın təsirinə məruz qalan bölgədə temperaturun 14 dərəcə şaxtaya enməsi axtarış-xilasetmə işlərini çətinləşdirir.



Әlaqәli Xәbәrlәr