Si Cinpin Çin ilə Rusiya arasındakı münasibətləri qiymətləndirib

Çin prezidenti Si Cinpin bəyan edib ki, Rusiya ilə münasibətləri inkişaf etdirmək hər iki tərəfin maraqlarına uyğun strateji seçimdir.

2078838
Si Cinpin Çin ilə Rusiya arasındakı münasibətləri qiymətləndirib

Çin prezidenti Si Cinpin bəyan edib ki, Rusiya ilə münasibətləri inkişaf etdirmək hər iki tərəfin maraqlarına uyğun strateji seçimdir.
Çinin Sinxua agentliyinin yaydığı xəbərə görə, Si Cinpin  Pekində ölkəsinə səfər edən Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşüb.
Görüşdə Çinin rus xalqının seçdiyi inkişaf yolu ilə getməsini dəstəklədiyini bildirən Si deyib: "Çin-Rusiya əlaqələrinin qorunub saxlanılması və inkişafı iki ölkənin xalqlarının köklü maraqları üçün etdiyi strateji seçimdir".
İlin əvvəlindən bəri rusiyalı həmkarı Vladimir Putinlə iki dəfə görüşdüklərini xatırladan Si, həmçinin hökumətlər, qanunverici orqanlar, siyasi partiyalar və yerli hökumətlər səviyyəsində görüşlər keçirərək iki ölkənin müxtəlif sahələrdə praqmatik əməkdaşlığı inkişaf etdirdiyini bildirib. 
Çin və Rusiyanın 11 ayda 2023-cü il üçün nəzərdə tutulan 200 milyard dollarlıq ticarət həcminə çatdığına diqqət çəkən Si bunun iqtisadi əlaqələrin möhkəmliyini və əməkdaşlıq potensialını nümayiş etdirdiyini vurğuladı.


Etiketlәr: #Rusiya , #Çin

Әlaqәli Xәbәrlәr