İsrailin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 19 mini keçib

İsrail ordusunun oktyabrın 7-dən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 19667 fələstinli həlak olub, 52 586 nəfər isə yaralanıb.

2078760

İsrail qüvvələrinin Qəzza şəhərinin əl-Rimal məhəlləsini bombalaması nəticəsində 50 fələstinli həlak olub, çox sayda insan yaralanıb.

Dağıntılar altında qalan  azı 50 adamın tapılması istiqamətində  axtarış-xilasetmə işləri davam edir.

İsrail ordusunun Qəzza zolağının şimalındakı Cibaliya bölgəsinə təşkil etdiyi hücumlarda əksəriyyəti uşaq və qadın olmaqla  onlarla adam ölüb və yaralanıb.

Qəzza zolağındakı hökumət İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayının 97-yə yüksəldiyini açıqlayıb.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi intensiv hücumlar nəticəsində  52  600 ev tamamilə dağılıb, 254 min evə ziyan dəyib.

Qəzzada qətliamlar törədən İsrail işğal altındakı İordan çayının qərb sahilindəki zülmünü də davam etdirir.

İsrail qüvvələri İordan çayının qərb sahilində bir çox şəhərə basqın edib, iki fələstinlini güllələyib və çox sayda insanı həbs edib.

Әlaqәli Xәbәrlәr