BMT Myanma üçün açıqlama verdi

Myanmada humanitar vəziyyət çox pisdir, xüsusilə qadınlar, qızlar, əlillər və rohincalıların (arakanlılar)

2078356
BMT Myanma üçün açıqlama verdi

 

  Birləşmiş Millətlər Təşkilatı Myanmada dövlət çevrilişindən sonrakı 3 il ərzində humanitar vəziyyətin mühüm dərəcədə pisləşdiyinə diqqət çəkib.

  BMT Myanma üçün 2024-cü il Humanitar Ehtiyaclar və Fəaliyyət Planını açıqlayıb.

  Myanmada 18,6 milyon adamın humanitar yardıma ehtiyacı var ki, bu da cəmiyyətin üçdə birinə bərabərdir.

  Böhranın ən ağır yükünü uşaqlar çəkir. 6 milyon uşağın köməyə ehtiyacı var.

  İqtisadi vəziyyət ailələrə ciddi maliyyə yükü yaradıb. Kənd təsərrüfatında yaşanan axsamalar və yüksək inflyasiya ilə əlaqədar ərzaq problem yaşanır, aclıq riskinin artıb.

  Myanmada humanitar vəziyyət çox pisdir, xüsusilə qadınlar, qızlar, əlillər və rohincalıların (arakanlılar).

  Artan ehtiyaclar qarşısında təcili yardım üçün 994 milyon dollara ehtiyac var. İlkin mərhələdə 5,3 milyon təcili ehtiyac sahibi müəyyən edilib.



Әlaqәli Xәbәrlәr