Bir sıra ölkənin lideri Qəzza ilə bağlı danışıqlar aparıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ABŞ dövlət katibi Entoni Blinkenlə Qəzza zolağında baş verənləri müzakirə edib.

2078488
Bir sıra ölkənin lideri Qəzza ilə bağlı danışıqlar aparıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ABŞ dövlət katibi Entoni Blinkenlə Qəzza zolağında baş verənləri müzakirə edib.

Qeyd olunub ki,  Fərhan və Blinken arasında keçirilən görüşdə ümumi maraq doğuran regional və beynəlxalq məsələlər, xüsusilə Qəzza zolağı və ətrafında baş verən hadisələr və onların ciddi humanitar nəticələrinin aradan qaldırılması üçün göstərilən səylər müzakirə edilib.

Pakistandakı müvəqqəti hökumətin xarici işlər naziri Cəlil Abbas Cilani və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan İsrailin hücumları nəticəsində mülki əhalinin sayının artması və Qəzza zolağında vəziyyətin pisləşməsini müzakirə ediblər.

Nazir Cilani İranın xarici işlər naziri Abdullahiyan ilə telefon danışığında Qəzzada dərhal atəşkəsin vacibliyini vurğulayıb.

Cilani İsrailin Qəzza zolağındakı mühasirəsinin aradan qaldırılması və humanitar yardımların, o cümlədən tibbi ləvazimatların Qəzza xalqına fasiləsiz çatdırılması lazım olduğunu ifadə edərək, Fələstin məsələsinin diplomatik səylər çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.
Misirdə prezident seçkilərində qalib gələn hazırkı prezident Əbdülfəttah əs-Sisi də Qəzzadakı müharibənin Misirin milli təhlükəsizliyinə təhdid yaratdığını qeyd edərək “Bu müharibəni dayandırmaq üçün ciddi səylər göstərilməlidir''.
Fransa xarici işlər naziri Ketrin Kolonna da İsrailin ayrı-seçkilik etmədən hücumları nəticəsində ağır dağıntıların yaşandığı  Qəzzaya 700 min ton humanitar yardım edəcəklərini açıqlayıb.

Nazir Kolonna Livanın paytaxtı Beyrutda Livanın baş naziri Necip Mikati və Livan parlamentinin sədri Nebih Berri ilə görüşüb.
Kolonna mətbuat konfransındakı çıxışında Qəzzaya “davamlı yardım axını”nın təmin edilməsinin əhəmiyyətinə toxunub.
Ölkəsinin Qəzzaya 700 ton humanitar yardım edəcəyini bildirən Kolonna bu yardımın yarısının sabah Fransanın Le Havre limanından göndəriləcəyini açıqlayıb.
Kolonna, yardımın digər yarısının gələn həftə göndəriləcəyini və beləliklə 10 gün ərzində Qəzzaya yardımı üç dəfə artıracaqlarını bildirib.
Britaniya İsrailin Qəzzadakı katolik kilsəsinə hücumunu "qorxuducu" adlandırıb.
İngiltərə Nazirlər Kabinetinin sözçüsü İsrail qüvvələrinin Qəzzada Müqəddəs Ailə Katolik Kilsəsinə hücumu ilə bağlı deyib:
“Qəzzada kilsəyə sığınan mülki şəxslərin öldürülməsi və digərlərinin yaralanması ilə bağlı xəbərlər qorxuducudur''.



Әlaqәli Xәbәrlәr