ABŞ və Cənubi Koreyanın xüsusi əməliyyat bölmələri birgə hərbi təlim keçirib

ABŞ və Cənubi Koreyanın xüsusi əməliyyat bölmələrinin iki həftə davam edən birgə hərbi təlim keçirdikləri açıqlanıb.

2077911
ABŞ və Cənubi Koreyanın xüsusi əməliyyat bölmələri birgə hərbi təlim keçirib

ABŞ və Cənubi Koreyanın xüsusi əməliyyat bölmələrinin iki həftə davam edən birgə hərbi təlim keçirdikləri açıqlanıb.

Şimali Koreyanın ardıcıl raket sınaqları Koreya yarımadasında və ətrafında gərginliyi dərinləşdirərkən ABŞ və Cənubi Koreya tərəfindən Pxenyana qarşı gözdağı verən addım atılıb.

ABŞ Koreya Qüvvələrindən (USFK) verilən açıqlamada, Cənubi Koreya və ABŞ-ın xüsusi əməliyyat bölmələrinin iki həftə davam edən birgə hərbi təlim həyata keçirdiyi bildirilib.

Qeyd olunub ki, yeri və vaxtı açıqlanmayan təlimdə ABŞ Xüsusi Əməliyyat Qüvvələri və ABŞ SEAL (Dəniz, Hava, Quru) komandoları, o cümlədən Cənubi Koreyanın Xüsusi Müharibə Komandanlığının əsgərləri və xüsusi əməliyyat bölməsindən polislər iştirak edib. Təlim “Zamana həssas hədəflərin xilas edilməsi” ssenarisi çərçivəsində şəhər təlim zonasında keçirilib.

Bəyanatda vurğulanıb ki, Cənubi Koreya-ABŞ ittifaqı ümumi prioritetlərə və inteqrasiya olunmuş çəkindirməyə əsaslanan beynəlxalq komanda işini nümunə göstərir.

Xatırladaq ki, bütün beynəlxalq reaksiyalara baxmayaraq raket sınaqlarını davam etdirən Şimali Koreya bu yaxınlarda Yapon dənizinə doğru qısa mənzilli ballistik raket və qitələrarası ballistik raket atdı və ardıcıl raketlərin Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşdüyü açıqlandı.



Әlaqәli Xәbәrlәr