Cek Sullivan İsrailə səfər edəcək

ABŞ-ın (ABŞ) milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan Qəzzadakı son vəziyyəti və bölgədəki hadisələri müzakirə etmək üçün İsrailə səfər edəcək.

2076604
Cek Sullivan İsrailə səfər edəcək

ABŞ-ın (ABŞ) milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sullivan Qəzzadakı son vəziyyəti və bölgədəki hadisələri müzakirə etmək üçün İsrailə səfər edəcək.
Ağ Evdən verilən açıqlamaya görə, Cek Sullivan dekabrın 14-15-də İsrail prezident İsxak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşəcək.
Qəzzada dinc əhali arasında itkilərin artdığı və İsrailin hücumları səbəbindən humanitar vəziyyətin pisləşdiyi bir mühitdə baş tutacaq səfər zamanı Cek Sallivanın Bayden administrasiyasının bu məsələlərlə bağlı yanaşmasını bir daha İsrail tərəfinə çatdırması gözlənilir.
ABŞ prezidenti Co Biden dünən verdiyi açıqlamada bildirib ki, İsrail Qəzzada ayrıseçkilik etmədən törətdiyi bombardmanlar səbəbindən dünyanın dəstəyini itirməyə başlayıb.
''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
 İsrail ordusu da buna cavab olaraq döyüş təyyarələri ilə  ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən əksəriyyəti uşaq olmaqla 18 mindən çox fələstinli həyatını itirib.


Etiketlәr: #İsrail , #ABŞ , #Cek Sullivan

Әlaqәli Xәbәrlәr