Benyamin Netanyahu: ''Beynəlxalq təzyiqlərə baxmayaraq müharibə davam edəcək''

İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq təzyiqlərə baxmayaraq Qəzza zolağına qarşı hücumları davam etdirəcəklərini ifadə edərək deyib: "Sona qədər davam edəcəyik".

2076359

İsrail Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə
Benyamin Netanyahu İsrailin cənubundakı hərbi qərargahı ziyarət edib və Qəzza zolağına qarşı hücumlarını davam etdirən İsrail ordusunun hərbi rəsmiləri ilə telefon əlaqəsi saxlayıb.
Benyamin Netanyahu söhbət zamanı israilli hərbçiyə  deyib:"Davam edin. Sonadək davam etməyinizi istəyirəm. “Biz sona qədər, qələbəyə qədər, ''Həmas''ı  məhv edənə qədər davam edəcəyik”.
Netanyahu bu sözləri beynəlxalq təzyiqlərə baxmayaraq söylədiyini vurğulayıb və “Bizi heç nə dayandıra bilməz” deyib. 
Benyamin Netanyahu “Bu müharibə davam edəcək” mesajını verib.
Dünən Qəzza zolağının şimalında İzzəddin Qəssam Briqadalarının törətdiyi hücum nəticəsində 10 İsrail əsgərinin həyatını itirməsinə toxunan Benyamin  Netanyahu deyib: "Dünən çox çətin bir gün idi''.

Әlaqәli Xәbәrlәr