Əşrəf əl-Kudra Qəzzadakı xəstəxanaların vəziyyəti haqqında danışdı

Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin hücumlarında ölənlərin sayının son 24 saatda 207 nəfər artaraq 18 min 412 nəfərə çatdığını açıqlayıb.

2075844
Əşrəf əl-Kudra Qəzzadakı xəstəxanaların vəziyyəti haqqında danışdı

Qəzzadakı Səhiyyə Nazirliyi İsrailin hücumlarında ölənlərin sayının son 24 saatda 207 nəfər artaraq 18 min 412 nəfərə çatdığını açıqlayıb.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra İsrailin davam edən hücumları ilə bağlı məlumat verib.
Qəzzada son 24 saatda 207 meyitin və 450 yaralının xəstəxanalara çatdırıldığını bildirən Kudra dağıntılar altında və yol kənarlarında çox sayda meyitin qaldığını bildirib.
Kudra oktyabrın  7-dən bəri İsrailin hücumlarında həyatını itirən fələstinlilərin sayının 18 min 412, yaralı sayının isə 50 min 100-ə yüksəldiyini bildirdi.
İsrail qüvvələrinin təcili yardım maşınlarının hadisə yerinə çatmasına icazə vermədiyini vurğulayan Kudra yaralıların qan itkisindən öldüyünü qeyd edib.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü İsrailin Qəzzanın şimalındakı Beyt Lahiya şəhərindəki Kemal Advan xəstəxanasına basqın etdiyini xatırladıb və İsrail ordusunun Cibaliyadakı Əl-Avde xəstəxanasını da mühasirəyə alaraq hədəf aldığını bildirib.
Əşrəf əl-Kudra deyib: "İşğalçı İsrail xəstəxanaya su və yeməyin daxil olmasına icazə vermir,xəstəxanaları elektrik enerjisindən məhrum edir, xəstə və yaralıların xəstəxanaya çatdırılmasına mane olur. Kamal Advandan sonra bu xəstəxanaya da basqın edəcəyindən narahatıq''. 
Kudra bildirib ki, İsrailin Qəzzanın şimalındakı xəstəxanalara hücumlarının məqsədi səhiyyə sistemini çökdürmək və bölgə xalqını köç etməyə məcbur etməkdir.
Qəzza zolağının cənubundakı xəstəxanaların çox pis vəziyyətdə olduğunu vurğulayan Kudra yaralılara ən aşağı səviyyədə səhiyyə xidmətinin belə göstərilə bilmədiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr