İspaniya tarixində ilk ən yüksək temperaturlu dekabr ayı

İspaniya Meteorologiya İnstitutu (Aemet) məlumat verib ki ...

2076202
İspaniya tarixində ilk ən yüksək temperaturlu dekabr ayı

 

  İspaniyanın cənubundakı Malaqa şəhərində havanın temperaturu 29,9 dərəcəyə yüksəlib. Bunun ölkə tarixində dekabr ayında ən yüksək temperatur olduğu bildirilib.

  İspaniya Meteorologiya İnstitutu (Aemet) dekabrın 12-i çərşənbə axşamı yerli vaxtla saat 14.20-də Malaga şəhərində hava istiliyinin 29,9 dərəcə olaraq təyin edildiyini açıqlayıb.

  Rəsmi qeydlər başlayandan bəri dekabr ayında ən yüksək temperatur İspaniyada təsbit edilib. Bundan əvvəl dekabr ayı üçün Malaqada ən yüksək hava istiliyi 2010-cu ildə 24,5 dərəcə olmuşdu.

  2023-cü ilin dekabr ayında 4,9 dərəcə böyük fərqlə rekord qıran Malaqadakı ən yüksək temperatur həm İspaniya, həm də qlobal miqyasda müşahidə edilən iqlim dəyişikliyi ilə izah edilib.



Әlaqәli Xәbәrlәr