Edi Rama ''Bayraktar TB2'' PUA-ları ilə bağlı paylaşım edib
Albaniyanın Baş naziri Edi Rama ''Bayraktar TB2'' PUA-larının çox yaxında Albaniya Silahlı Qüvvələri inventarına daxil ediləcəyini açıqladı.
Albaniyanın Baş naziri Edi Rama ''Bayraktar TB2'' PUA-larının çox yaxında Albaniya Silahlı Qüvvələri inventarına daxil ediləcəyini açıqladı.
''Bayraktar TB2'' PUA-nın görüntüsünü sosial media hesabında paylaşan Baş nazir Edi Rama ölkə ərazisinin müdafiəsində ən qabaqcıl texnologiyadan istifadə etməkdə qərarlı olduqlarını bildirib.
Edi Rama deyib: "Bu, hərbi, polis və mülki missiyalarda istifadə edilən ən qabaqcıl uçuş texnologiyası olan ''Bayraktar'' pilotsuz uçuş aparatının görüntüsüdür. ''Bayraktar'' tezliklə silahlı qüvvələrimizin inventarına daxil ediləcək''.
Xatırladaq ki, 2022-ci ilin dekabr ayında Albaniya ilə Türkiye arasında ''Bayraktar TB2'' PUA donanmasının alınması ilə əlaqədar müqavilə imzalanıb.
Әlaqәli Xәbәrlәr
Los-Ancelesdə yanğın qurbanlarının sayı 28 nəfərə çatıb
ABŞ mətbuatının yaydığı məlumata görə, 16 gündür davam edən yanğınlarla mübarizə hələ də davam edir