Dmitri Peskov Qərbin Ukraynaya dəstəyini qiymətləndirib

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, hamı başa düşməlidir ki, Qərbin Ukraynaya milyardlarla dollarlıq dəstəyi Kiyevin münaqişə zonasında uğur qazanmasına kömək etməyib.

2075793

Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Qərbin Ukraynaya yardımını qiymətləndirib.
Dmitri Peskov bildirib ki, Rusiya Kiyevə yardım prosesini çox yaxşı başa düşür.
“Hər kəs başa düşməlidir ki, Ukraynaya edilən on milyardlarla dollarlıq dəstək bu ölkənin  münaqişə zonasında heç bir uğur qazanmasına kömək etmir” deyən Dmitri Peskov bütün bunların həm münaqişə bölgəsindəki vəziyyəti, həm də Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi əməliyyat”ın  kursunu dəyişməyəcəyini bildirib. 
Dmitri Peskov həmçinin qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında keçiriləcək görüşü diqqətlə izləyəcəklər.

Әlaqәli Xәbәrlәr