Vladimir Putin və Məhəmməd bin Salman birgə bəyanat yayıblar

Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin ərazisində hərbi əməliyyatların dayandırılması ilə bağlı çağırış ediblər.

2073971

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin yaydığı məlumata görə,  dünən Ər-Riyada səfər edən Vladimir Putin və Məhəmməd bin Salman bu gün birgə yazılı bəyanat yayıblar.
Bəyanata görə, dünən Ər-Riyadda keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə beynəlxalq və regional məsələlər müzakirə ediblər.
Tərəflər Qəzzada baş verən humanitar fəlakətdən narahat olduqlarını bildiriblər.
Putin və Salman vurğulayıblar ki, Fələstin ərazisində hərbi əməliyyatlar dayandırılmalı, mülki şəxslər qorunmalı və beynəlxalq humanitar təşkilatlara öz vəzifələrini yerinə yetirmələrinə icazə verilməlidir.

Әlaqәli Xәbәrlәr