G7 ölkələrinin liderləri Qəzzadakı humanitar böhranı müzakirə etdilər

G7 ölkələrinin liderləri Qəzza zolağında getdikcə pisləşən humanitar vəziyyəti müzakirə ediblər.

2073471
G7 ölkələrinin liderləri Qəzzadakı humanitar böhranı müzakirə etdilər

G7 ölkələrinin liderləri Qəzza zolağında getdikcə pisləşən humanitar vəziyyəti müzakirə ediblər.

G7 sammitindən sonra yayımlanan birgə bəyannamədə Qəzzada getdikcə pisləşən humanitar böhrana həll yolu tapmaq və mülki itkiləri minimuma endirmək üçün daha təcili addımların atılmasına ehtiyac olduğu bildirilib.
Yaponiyanın ev sahibliyində keçirilən G7 ölkələrinin liderlərinin onlayn sammitində Qəzza zolağındakı gərginlik və Rusiya-Ukrayna böhranı da daxil olmaqla gündəmdəki aktual məsələlər müzakirə edilib.
Sammitin sonunda yayımlanan birgə bəyannamədə Yaxın Şərqdəki böhranla bağlı “Qəzzada pisləşən humanitar böhrana həll yolu tapmaq və mülki itkiləri minimuma endirmək üçün daha təcili addımların atılmasına ehtiyac var” ifadəsi işlədilib.
Bölgəyə yardımların daxil olmasını təmin etmək üçün 
''humanitar fasilə''nin daha çox dəstəklənməsinin vacibliyi vurğulanan bəyannamədə ''Həmas''a bütün giqovları  qeyd-şərtsiz azad etməsi ilə əlaqədar çağırış edilib.



Әlaqәli Xәbәrlәr