Ordu öz kəndini səhvən bombaladı

Kaduna daxili təhlükəsizlik və daxili işlər üzrə komissarı Samuel Aruvan açıqlamasında bildirib ...

2072449
Ordu öz kəndini səhvən bombaladı

 

  Nigeriya Hərbi Hava Qüvvələri (NAF) Kaduna rayonunda bir kəndi səhvən bombalayıb.

  Kaduna daxili təhlükəsizlik və daxili işlər üzrə komissarı Samuel Aruvan açıqlamasında bildirib: “Hərbi Hava Qüvvələri rayonda terrorçulara qarşı əməliyyat zamanı təsadüfən bir kəndi bombalayıb”.

  Hadisədə neçə nəfərin həyatını itirdiyi barədə məlumat verməyən Aruvan kəndlilərə qarşı bombardmanın "istəksiz və uğursuz" olduğunu söyləyərək deyib: “Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Yaralılar xəstəxanaya göndərilib”.

  Nigeriya yerli mətbuatında yer alan xəbərlərə görə, kəndin bombalaması nəticəsində onlarla adam həyatını itirib.

  Qeyd edək ki, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçinin terror təşkilatları “Boko Haram“ və İSWAP tərəfindən hücumlarla üzləşib. Ölkədə təhlükəsizlik qüvvələri vaxtaşırı silahlı dəstələrə və terrorçulara qarşı mübarizə əməliyyatları təşkil edir.

 



Әlaqәli Xәbәrlәr