"Şahid olduğumuz vəziyyətlə bağlı söz tapa bilmirəm", T.A.Qebreyesus

X” sosial media platformasında İsrailin sıx hücumlarına məruz qalan Qəzzada vəziyyətlə bağlı paylaşım edən A.T.Qebreyesus yazıb ...

2071907
"Şahid olduğumuz vəziyyətlə bağlı söz tapa bilmirəm", T.A.Qebreyesus

 

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Qəzzaya hücumları ilə bağlı "Şahid olduğumuz vəziyyətlə bağlı həyəcanımızı ifadə etməyə söz tapa bilmirəm" deyib.

  “X” sosial media platformasında İsrailin sıx hücumlarına məruz qalan Qəzzada vəziyyətlə bağlı paylaşım edən A.T.Qebreyesus yazıb: "Şahid olduğumuz vəziyyətlə bağlı barədə narahatlığımızı ifadə etməyə söz tapa bilmirəm. Dərhal atəşkəs olmalıdır. Qəzzada davam edən qarşıdurma və ağır bombardmanlarla bağlı xəbərlər dəhşətlidir.

  Dekabrın 2-də ÜST komandamız Qəzzanın cənubundakı Nasser Xəstəxanasına baş çəkib. Xəstəxanada həcmindən 3 dəfə artıq - 1000 xəstəyə baxılır. Müəssisənin hər küncünü dolduran saysız-hesabsız insan sığınacaq axtarır. Xəstələr yerdə ağrı içində, qışqırıqlar altında müalicə olunur. Bu şərtlərdə tibbi xidmətlər göstərilməsi ağlasığmaz dərəcədə qeyri-kafidir."



Әlaqәli Xәbәrlәr