“Avropanın nüvə ilə silahlanmağa ehtiyacı var”, Y.Fişer

" Rusiya prezidenti Vladimir Putin də nüvə şantajı ilə işləyir"

2071957
“Avropanın nüvə ilə silahlanmağa ehtiyacı var”, Y.Fişer

 

  Almaniyanın 1998-2005-ci illər arasında xarici işlər naziri olmuş, Yaşıllar Partiyasından olan Yoşka Fişer (Joschka Fischer) Avropanı nüvə ilə silahlanmağa çağırıb.

  “Zeit Online”a müsahibəsində Y.Fişer deyib: “Avropa İttifaqının (Aİ) “nüvə çəkindiriciliyi”nə qarşı ehtiyacı var. Dünya dəyişir.

  Rusiya prezidenti Vladimir Putin də nüvə şantajı ilə işləyir.

  ABŞ və Avropanın birlik içində qalacağına inanıram, amma Donald Tramp yenidən prezident seçilsə, nə olacaq?

  Bu, Ukraynanın bizə öyrətdiyi dərsdir. Ukraynanın təcili olaraq təsirli hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Avropa olaraq bizim də təcili olaraq effektiv hava hücumundan müdafiə sisteminə ehtiyac duyuruq. Bunu birlikdə etməliyik. Almaniya hökuməti Avropa və Almaniya üçün həyati əhəmiyyət kəsb edən Ukraynaya yardımı davam etdirməlidir.

  Eyni zamanda, biz kiber təcavüz hücumlarına qarşı da çəkindirici və müdafiə qabiliyyətinə malik olmalıyıq”.



Әlaqәli Xәbәrlәr